Daha bir ölkə Türkiyədən “Bayraktar” PUA-ları ALDIbackend

Daha bir ölkə Türkiyədən "Bayraktar" PUA-ları ALDI

Albaniyanın müdafiə naziri Niko Peleşi Türkiyəndən 3 ədəd “Bayraktar TB2” pilotsuz uçan aparatını almaqla ölkənin hərbi potensialını artırdığını bildirib.

KONKRET.az xəbər verir ki, bu barədə “Euractiv.com” portalı məlumat yayıb.

“Biz hərbi hava qüvvələrimizi müasir və yüksək effektiv imkanlarla zənginləşdirməyə qərar verdik”, – nazir deyib.

O qeyd edib ki, Türkiyə pilotsuz təyyarələri döyüş funksiyasından əlavə, meşə yanğınlarını, daşqınları izləmək və narkotik qaçaqmalçılığının qarşısını almaq üçün istifadə olunacaq.

Müqaviləyə əsasən Albaniya silahlı qüvvələrinin 30 əməkdaşı pilotsuz təyyarələrlə işləmək üçün təlim keçəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*