11,4 milyard ABŞ dolları sərvətinin sahibi Mixail Proxorov İsrailə gəlib.
KONKRET.az xəbər verir ki, bu barədə İsrailin “Detallar” nəşri xəbər verir.
Qeyd olunur ki, rusiyalı milyarder martın 24-də İsveçrədən İsrailə El Al reysi ilə gəlib.
Proxorovun İsraildə qalıb-qalmayacağı və ya səfərinin məqsədinin başqa olub-olmadığı bəlli deyil. “Detallar”ın mənbəsi xəbər verir ki, iş adamı ana nənəsi Anna İsaakovna Belkinanın yəhudi olduğunu sübut etməyi planlaşdırır.
Rəsmiyyə Şərifova,
KONKRET.az
