Daşkəsənin icra başçısı Bakının mərkəzindəki binanın damında özünə “bağ saldı” — FOTObackend

Daşkəsənin icra başçısı Bakının mərkəzindəki binanın damında özünə "bağ saldı" — FOTO

Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev Bakının mərkəzində yerləşən binanın üzərinə ağac əkdirib.

KONKRET.az xəbər verir ki, bu barədə Elnurə Abışova adlı vətəndaş məlumat verib.

Məlumata görə, Əhəd Abıyev Azərbaycan Yazıçılar Birliyinin yanında yerləşən sözügedən binanın mansardını alaraq, damında “bağ salıb”.

Əhəd Abıyev Bakıya gələn zaman həmin yerdə dincəldiyi deyilir.

Məlumatı dəqiqləşdirmək üçün Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyevlə telefon əlaqəsi yaratmağa çalışsaq da, zənglərimizə cavab verilməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*