backend

David Babayan Brayzanın "Ermənistan danışıqlarda geri addım atıb" açıqlamasından hiddətləndi

“Mən şəxsən Metyu Brayzanı çox yaxşı bir adam, yüksək səviyyəli bir diplomat kimi tanıyıram, amma Metyu Brayzanın açıqlamaları qəbuledilən deyil, çünki o peyğəmbər deyil”. KONKRET.AZ xəbər verir ki, bu sözləri separatçı rejimin ”prezidenti”nin mətbuat katibi David Babayan ATƏT-in Minsk Qrupunun ABŞ-dan olan həmsədri Metyu Brayzanın Ermənistanın danışıqlar prosesində geri addım atması ilə bağlı fikirlərini şərh edərkən söyləyib. O vurğulayıb ki, “Brayzanın Azərbaycanla çox yaxşı əlaqəsi var, həyat yoldaşı milliyyətcə türkdür. Bütün bunlar təbii ki, onun belə bir açıqlama verməsinə ciddi təsir göstərir”.

KONKRET.AZ

 

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*