Azərbaycanda fəaliyyət göstərən səfirlər, hərbi atteşelər və beynəlxalq təşkilatların Azərbaycandakı nümayəndəliklərinin rəhbərləri Cəbrayıl rayonunda İranla sərhəddə yerləşən Xudafərin körpüsündə olublar.
KONKRET.az-ın məlumatına görə, diplomatik korpus nümayəndələri bundan öncə Cəbrayılda məzarlıq və ermənilər tərəfindən dağıdılmış digər ərazilərlə tanış olublar.


