ABŞ-ın keçmiş prezidenti Donald Tramp o vaxtkı prezidentliyə namizəd Hillari Klintonu, vəkillərini və onu 2016-cı il prezident seçkilərində Rusiya ilə “sövdələşmədə” ittiham edən keçmiş FTB əməkdaşlarını məhkəməyə verib.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, Trampın vəkilləri Florida Cənub Dairə Məhkəməsinə 108 səhifəlik ərizə təqdim ediblər.
Ərizədə “Bu müttəhimlər birlikdə hərəkət edərək, Respublikaçı Donald Trampın düşmən xarici ölkə ilə sövdələşməsi barədə yalan ritorika yayırlar”, – deyilir
Trampın ən azı 24 milyon dollar zərər çəkdiyinə diqqət çəkən ərizədə demokrat namizəd Hillari Klinton və Ağ Evin Milli Təhlükəsizlik müşaviri Ceyk Sullivan da adı var.
Tramp qarşı tərəfdən 72 milyon dollar təzminat tələb edib.
İqbal Rzayev,
KONKRET.az
