İşğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkarlanıb. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib.
Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb.
Həmçinin, 02.05.1964-cü il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Haseke bölgəsinin sakini Baazo Hraj Sepob (pasport: 015-11-L021693), 12.11.1969-cu il təvəllüdlü, Suriya vətəndaşı, Suriyanın Hələb şəhərinin sakini İskandarian Hartion Avadis (Pasport: 004-11-L128622) və 01.01.1962-ci ildə Suriyada anadan olmuş, Ermənistan vətəndaşı Kirakos Babkin (pasport: AM 0709227) adına verilmiş pasportların kserosurətləri də aşkarlanıb.
Bununla bağlı KONKRET.az-a danışan Vətən Müharibəsi Əlilləri İctimai Birliyinin sədri, Qarabağ qazisi Firudin Məmmədov bildirib ki, ermənilər Livandan, Suriyadan, maddi çətinlik yaşayan millətləri, terrorçu ailələrini Zəngilan-Qubadlı ərazisində yerləşdirmə prosesini bir neçə il öncədən başlayıblar: “Ermənilər açıq-aşkar bizim torpaqlarda məskunlaşdırma siyasətini aparırdılar. İşğal olunmuş torpaqlarda məskunlaşdırma siyasəti aparmaq müharibə cinayəti hesab olunur. Hər hansı ölkə bu addımı atarsa, gələcəkdə çox ciddi cavabdehlik daşıyır, ona görə əslində çox ciddi təzyiqlər olmalıdır. Baxmayaraq ki, Azərbaycan dövləti bununla bağlı məlumat verirdi, ATƏT-in Misk Qrupunun üzvlərinə öz etirazını bildirirdi. Onlar məsələyə yenə də ikili yanaşaraq Ermənistana heç bir təzyiq göstərmədilər. Nəticədə də ermənilər bir neçə yüz ailəni oraya yerləşdirməyə nail oldular. Hansı ki, bu gün Zəngilanda o ailələrin siyahısı çıxdı. Hətta o ailələrdən başqa da insanların adları çıxdı. Son günlər ermənilər Livanda baş vermiş partlayışdan sonra ordan xeyli sayda erməniləri daşıyıb, gətirdilər. Ermənilər təkcə Dağlıq Qarabağda deyil, dənizdən dənizə böyük Ermənistan xulyası ilə yaşayan axmaq məxluqdurlar. Onlar elə xəyal edirdilər ki, Azərbaycan torpaqlarının hesabına böyük Ermənistan dövləti quracaqlar. Bütün bu məskunlaşdırma da böyük Ermənistan xəyallarının tərkib hissəsidir. Amma ermənini nə düşündüyü bizi az maraqlandırdırır. Əsas Azərbaycanın nə düşündüyüdür. Şanlı Ali Baş Komandanın rəhbərliyi ilə Azərbaycan Ordusu ermənilərin xəyallarını puça çıxarmaqdadır. Hələ Ermənistanın çox cinayətləri üzə çıxacaq. Amma cinayətləri üzə çıxmaqla yanaşı, ermənilərin xəyalları da suya düşəcək, arzuları gözlərində qalacaq. Hətta ola bilər ki, elə bir tarixi imkan yetişər ki, Azərbaycan ermənilərdə olan bütün torpaqlarını geriyə almaqla bağlı məsələni gündəmə gətirsin”.
Nərgiz Mirzəyeva,
KONKRET.az
