Dünya çempionu federasiyaya etiraz edərək üzvlüyünü dayandırdıbackend

Dünya çempionu federasiyaya etiraz edərək üzvlüyünü dayandırdı

Norveçli şahmat üzrə dünya çempionu Maqnus Karlsen öz ölkəsinin federasiyasında üzvlüyünü ləğv edib.

KONKRET.AZ Oxu.Az-a istinadən xəbər verir ki, bu, Norveç Şahmat Federasiyasının bu idmana dair strategiya və sponsorluqla bağlı problemləri ilə bağlıdır.

Bu barədə onun atası Henrik Karlsen bildirib.

O, federasiyaya məktubunda bunları qeyd edib: “Ötən yay artıq bildirdiyimiz kimi, Maqnus Norveç Şahmat Federasiyasından çəkilir. Bununla belə, o, FIDE-nin yarışlarında Norveçi təmsil etmək imkanından yenə yararlanacaq”.

Belə ki, bu ilin əvvəlində İsveçin “Kindred” oyun qrupu ilə bağlanılacaq 5 milyon avroluq sponsor müqaviləsinə federasiya razılıq verməyib. Məhz bu üzdən Karlsen Norveç mətbuatında daim federasiyanı tənqid edib, qurumu yerli istedadları tapıb üzə çıxarmamaqda və onları inkişaf etdirməməkdə günahlandırıb.

Bundan sonra Maqnus Karlsen öz klubunu yaradıb. O, bu klubla Avropada ən yaxşı olmağa və istedadlı şahmatçıları üzə çıxarmağı hədəfləyib.

Hətta o, bu məsələlər barədə Norveçin digər klub üzvləri ilə də ötən bazar günü görüşüb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*