Dünyada ən tez və ən gec ucuzlaşan avtomobillər – MƏLUM OLDU- SİYAHIbackend

Dünyada ən tez və ən gec ucuzlaşan avtomobillər – MƏLUM OLDU- SİYAHI

Dünyada ən sürətlə dəyər itirən və dəyərini uzun müddət qoruyub saxlayan avtomobillər məlum olub . “iSeeCars” şirkəti dünyada avtomobillərin hansı sürətlə dəyər itirdiyini hesablayıb. Hesablama zamanı dünyanın, xüsusilə də ABŞ-ın avtomobil bazarında ən çox istifadə edilən modellər araşdırılıb.

Həmin avtomobillərin 5 il ərzində dəyərini nə qəldər itirdiyi hesablanıb.

KONKRET.az FED.az-a istinadən xəbər verir ki, araşdırma ABŞ bazarı üzrə aparılıb. Bu zaman 2014-cı ildən buraxılan və satılan 6,9 milyon avtomobillə bağlı məlumatlar analiz edilib. Eləcə də, 2019-cu ildə satılan 800 min avtomobillər bağlı məlumatlar araşdırılıb. Qiymətlərin dəyişməsi müəyynə edilərkən ötən 5 il ərzində ABŞ-da baş verən inflyasiya (7,9%) da nəzərə alınıb.

Araşdırma göstərib ki, ən sürətlə ucuzlaşhan avtomobil «Maserati»dir. 5 il ərzində bu avtomobil öz dəyərinin 66,4%-ni itirir. Yəni 5 ildən sonra onu 3 qat ucuz qiymətə almaq mümkündür. BMW-lərdə də bu göstərici təqribən eynidir – 65%. “Mercedes Bens” və “İnfiniti” isə 5 ildə dəyərini 62% itirir.

Ən az dəyər itirən avtomobil “Toyota” olub. 5 ildən sonra onu ilkin qiymətinin 58%-i məbləğində satmaq mümkündür. “Jeep” və “Honda” modellərində bu rəqəm 46% təşkil edir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*