Dünyanın ilk uçan motosikleti rekord qiymətə SATILACAQ – VİDEObackend

Dünyanın ilk uçan motosikleti rekord qiymətə SATILACAQ - VİDEO

Yaponiyanın texnologiya şirkəti “AERWINS Technologies” ABŞ-ın Miçiqan ştatındakı Detroit avtosalonunda dünyada ilk uçan motosikletini nümayiş etdirib.

KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, 40 dəqiqə havada qala bilən motosiklet saatda 100 km sürətlə uça bilir.

Bildirilir ki, hoverbike-ın qiyməti 777 min dollar olacaq.

“AERWINS Technologies”in baş direktoru Şuhei Komatsu 2023-cü ildə “XTURISMO Hoverbike”ın daha kiçik versiyasını ABŞ-da satmağı planlaşdırdığını deyib. Baş direktorun sözlərinə görə, şirkət 2025-ci ilə qədər daha kiçik modelin qiymətini 50 min dollara endirəcək.

Qeyd edək ki, sentyabrın 14-də başlayan avtoşou sentyabrın 25-dək davam edəcək.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*