Əcnəbi vətəndaşların vaksin olunub-olunmaması son zamanlar tez-tez gündəmə gələn məsələlərdən biridir.
Bununla bağlı Səhiyyə Nazirliyindən KONKRET.az-a verilən məlumatda bildirilir ki, əcnəbi vətəndaşlar vaksin üçün müraciət edirlərsə, onlara vaksin vurulur:
“Digər ölkə vətəndaşlarına vaksin vurulur, lakin onların müvəqqəti də olsa, yaşama icazələri olmalıdır”.
Yaşama icazəsi olmayan əcnəbilərin (turistlərin) vaksin olunması ilə bağlı suallarımız isə yenə də cavabsız qaldı
/nocomment/
