“Əgər Nikol Paşinyan  30-40% səs toplasa, ağıllı kütlə sadəcə ölkəni tərk edəcək” – Erməni vəkilbackend

"Əgər Nikol Paşinyan 30-40% səs toplasa, ağıllı kütlə sadəcə ölkəni tərk edəcək" - Erməni vəkil

“Əgər Nikol Paşinyan seçicilərin 30-40%-nin səsini toplasa, ağıllı kütlə sadəcə ölkəni tərk edəcək”.

KONKRET.az xəbər verir ki, bu sözləri tanınmış erməni vəkil Tiqran Atanesyan deyib.

“Mən bunu vətən xaininə qarşı antinikol hərəkatı adlandırmazdım, hansı ki, erməni azadlıq hərəkatıdır.” – deyə Tiqran Atanesyan 11 mayda keçirilən mətbuat konfransında vurğulayıb.

Onun sözlərinə görə, nə qədər ki, Paşinyan Ermənistanı idarə edir, onun üçün erməni olmaq utancvericidir. 880 min erməni səs verib özünə lider seçdi bu köntöy, yöndəmsiz, nankor adamı. “Bütün sualları kənara qoyaq, kim onları aldatdı və inandırdı ki, ölkəni xilas edəçək. Onu seçməklə vətənimizi itirdik, balalarımız həlak oldu və o buna görə məsuliyyət daşıyır. Əgər Paşinyan təzədən səs toplasa, son 700 illik tariximizdə ilk olacaq ki, ölkəsini sevən ağıllı kütlə vətəni tərk edəcək, yerində onlar üçün hakimiyyətdə kimin olmasının fərqi olmayan toplum qalacaq.”

Daha sonra Tiqran Atanesyan deyib: ”Biz tələsməliyik, daha layiqli lideri hakimiyyətə gətirməliyik. Biz indi elə bil qəbirdəyik, 20 iyun seçkilərindən sonra bəlkə həyat bizim üçün yenidən başlayar. Biz hələ çox illər işləməliyik ki, bu əclafın satqınlıqla dağıtdığını bərpa edək”.

Onun sözlərinə görə Nikol Paşinyan – patoloji yalançıdır. “20 illik vəkil fəaliyyətimdə çox dələduz görmüşəm, amma Paşinyan kimisini görməmişəm ki, milyonlarla adamı aldatsın. Nə danışır inanmayın , qulaq asmayın ona”, – deyərək əlavə edib.

Xuraman Etibarlı,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*