Əhalinin NƏZƏRİNƏ!: Bu ictimai çimərliklər tam hazır vəziyyətə gətirildi – SİYAHIbackend

Əhalinin NƏZƏRİNƏ!: Bu ictimai çimərliklər tam hazır vəziyyətə gətirildi - SİYAHI

Bakı şəhəri üzrə altı ictimai çimərlik tam hazır vəziyyətə gətirilib.

KONKRET.az xəbər verir ki, bu barədə Bakı Şəhər İcra Hakimiyyətindən məlumat verilib.

Bildirilib ki, Sahil, Pirşağı, Şıxov, Buzovna, Goradil və Novxanı qəsəbəsində yerləşən ictimai çimərliklər artıq dəniz mövsümünə hazırdır.

Əlavə edilib ki, ictimai və digər özəl çimərliklərin nə zaman fəaliyyət göstərib-göstərməyəcəyinə gəldikdə isə bu, Nazirlər Kabineti yanında Operativ Qərargahın müvafiq qərarından sonra məlum olacaq.

Nazirlər Kabinetinin mətbuat katibi İbrahim Məmmədov oxu.az-a açıqlamasında bildirib ki, çimərliklərin nə zaman fəaliyyətlərini bərpa edəcəyi ilə bağlı hələ ki, müvafiq bir qərar yoxdur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*