Əhməd Obalı şayiələrə görə səs yazısı yaydı – VİDEObackend

Əhməd Obalı şayiələrə görə səs yazısı yaydı - VİDEO

ABŞ-da yaşayan güneyli milli fəal, Günaz TV-nin rəhbəri Əhməd Obalı vəhşicəsinə döyülməsi ətrafında yayılan şayiələrlə bağlı səs yazısı yayıb.

KONKRET.az xəbər verir ki, bacısı oğlu, Günaz TV-nin Azərbaycan bürosunun rəhbəri Araz Obalıya göndərdiyi səs yazısında Əhməd Obalı bəzi məqamlara toxunub.

Əhməd Obalı bildirib ki, başına gələn bəla haqda müəyyən şayiələrin yaranması və yayılmasından xəbərdardır:

“Həm də dostlarımız, bizi istəyənlər məlumat almaq istəyir. Şükür, artıq ölüm təhlükəsindən sovuşmuşam. Ancaq əlim-ayağım iflicdir, ona da (sağalmasına) ümid var.

Ciyanəti törədən adam tutulub, hətta evində mənim qanıma bələnmiş paltarları da tapılıb. Sadəcə, bəzi şayiələr yayılmasın deyə, bildirirəm: polisin istəyi budur ki, biz kimsə ilə danışmayaq, polis araşdırmasından sonra hər şey üzə çıxacaq. Şahidlər var, bu məsələnin arxasında daha kimlər ola bilər, axtarılır”.

Əhməd Obalı onun haqqında maraqlanan hər kəsə təşəkkür edib:

“Bu da keçəcək. Ancaq biz yolumuza və işimizə davam etməliyik. Yaşasın Vətənimiz! Yaşasın Vətənimizin azadlığı uğrunda can verənlərin xatirəsi! Kaş biz də onlardan biri olaydıq”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*