Əlcəzair limanında Fransanın “Nicoli” şirkətinə məxsus “Corsica Linea” kruiz gəmisi Əlcəzairin milli neft paylama şirkəti “Naftala” məxsus neft tankeri ilə toqquşub.
KONKRET.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə “Naftal” şirkəti yazılı açıqlama yayıb.
Açıqlamada, “Fransız “Nicoli” şirkətinə məxsus “Corsica Linea” kruiz gəmisinin kapitanı idarəetməni itirdiyi üçün Əlcəzair limanında lövbər salan “Naftal” şirkətinin neft tankeri ilə toqquşub”-deyə bildirilib.
Qəzada “Naftal”a məxsus neft tankerin xarici avadanlığına ziyan dəyib.
İqbal Rzayev,
KONKRET.az
