Elçibəyin oğlu ailə qurur – Toy tarixi AÇIQLANDIbackend

Elçibəyin oğlu AİLƏ QURUR - Toy tarixi AÇIQLANDI

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev evlənir.

KONKRET.az xəbər verir ki,  bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli bildirib.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Əbülfəz bəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi müəllimin qızı Aytək xanımla ailə həyatı quracaq.

İyulun 22-si Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Elçibəyin oğlu Ərturqut Əliyev Fövqəladə Hallar Nazirliyində çalışır.

Mərhum Əbülfəz Elçibəy 1992-93-cü illərdə Azərbaycan Respublikasının prezidenti olub. Elçibəy 22 avqust 2000 -ci ildə vəfat edib. Bakıdakı Fəxri Xiyabanda dəfn olunub.

Elçibəyin iki övladı var: qızı Çilənay bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır, oğlu Ərturqut Bakıda Fövqəladə Hallar Nazirliyinin işçisidir./modern.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*