Elçibəyin oğlu evlənir: Bu gün qız toyudur – FOTOLARbackend

Elçibəyin oğlu evlənir: Bu gün qız toyudur - FOTOLAR

Mərhum eks-prezident Əbülfəz Elçibəyin oğlu Ərturqut Əliyev ailə həyatı qurur.

KONKRET.az xəbər verir ki, bu barədə Elçibəyin kürəkəni Aqil Səmədbəyli “Facebook”da fotolar paylaşıb.

Onun sözlərinə görə, qaynı Ərturqut Əliyev Elçibəyin silahdaşı olmuş həmkəndlisi və qohumu Mirhadi Yusifovun qızı Aytək xanımla ailə həyatı qurur.

Bu gün Naxçıvanda qız toyu, iyulun 30-da isə Bakıda oğlan toyu olacaq.

Qeyd edək ki, Elçibəyin iki övladı var. Qızı Çilənay Əliyeva bir neçə ildir ki, ailəsilə birgə Türkiyədə yaşayır.



Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*