Əməkdar artist İzzət Bağırovdan danışdı: “30 ildən sonra asqırıb ayılıb ki…“backend

Əməkdar artist İzzət Bağırovdan danışdı: “30 ildən sonra asqırıb ayılıb ki...“

Əməkdar artist Qorxmaz Canəlizadə müğənni İzzət Bağırzadə ilə küsülü olmasının səbəblərini açıqlayıb.

KONKRET.az xəbər verir ki, şoumen “Heç vaxt heç yerdə” verilişində sənətçiyə çox köməkliklər etdiyini bildirib:

“Ondan soruşan lazımdır ki, bəstəkar Eldar Mansurovun evinə özün getmişdin? Novruz bayramı şənliyinə özün çıxmışdın? Kərbəlaya özün getmisən? Bütün bunları mən etdiyimi demirsə, onunla dava etməyəcəm… Ondan qorxsam, bu sözləri deyərəm? Balamın toyuna gəlmədi. Heç çağırmadım da. Niyə çağırmalı idim ki? Mən Allah yolunda etdim. Allah bilsin, o bilməsə də olar. Öz müəllimlərimə hörmət edirəm. Ölənə qədər onları unutmaram.  İzzət bu studiyaya gəlsə, durub gedərəm. Onunla eyni verilişdə oturmaram. Onu Allah bağışlasın. 30 ildən sonra asqırıb ayılıb ki, indi barışmaq lazımdı?”. (yenisabah.com)

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*