Ərdoğan bu prezidentlərlə İsrail-Fələstin məsələsini MÜZAKİRƏ ETDİbackend

Ərdoğan bu prezidentlərlə İsrail-Fələstin məsələsini MÜZAKİRƏ ETDİ

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla qırğızıstanlı həmkarı Sadır Japarov arasında telefon danışığı olub.

KONKRET.az xəbər verir ki, iki ölkənin dövlət başçıları bir-birlərini Ramazan bayramı münasibətilə təbrik ediblər.

İkitərəfli əlaqələri və regional inkişafı qiymətləndirən R.T.Ərdoğan Qəzza və Əl-Əqsaya hücum edən İsrailə lazımi dərs vermək üçün Qırğızıstanı beynəlxalq təşəbbüslərində yanlarında görmək istədiklərini bildirib.

Türkiyə prezidenti eyni zamanda Əfqanıstan prezidenti Əşrəf Qəni ilə də telefonla danışıb. Telefon danışığı zamanı Fələstindəki durum müzakirə olunub. Ərdoğan bu məsələdə Əfqanıstanla birlikdə hərəkət etməyin vacibliyini vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*