Ərdoğan Əliyevə zəng etdibackend

Ərdoğan Əliyevə zəng etdi

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Azərbaycan Prezidenti İlham Əliyevlə telefon danışığı aparıb.

KONKRET.az xəbər verir ki, telefon danışığı zamanı liderlər Naxçıvan Muxtar Respublikasına edilən hücumu müzakirə ediblər.

Görüş zamanı Prezident Ərdoğan hücumu qınadığını bildirərək İlham Əliyevə və Azərbaycan xalqına keçmiş olsun diləklərini çatdırıb.

Tərəflər regionda yaranmış vəziyyət və təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Türkiyə tərəfi Azərbaycanın təhlükəsizliyi və ərazi bütövlüyü ilə bağlı mövqeyinin dəyişməz olduğunu bir daha vurğulayıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*