backend

Ərdoğan Mərkəzi Bankın başçısını istefaya göndərdi - FOTO

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan milli valyuta kursunun rekord dərəcədə aşağı düşməsi fonunda ölkənin Mərkəzi Bankının başçısı Murat Uysalı istefaya göndərib.

KONKRET.az xəbər verir ki, bu barədə “Resmi Gazete” xəbər verib.

“Respublikanın Mərkəzi Bankının başçısı Murat Uysal, qanunvericiliyə uyğun olaraq, tutduğu vəzifədən azad olunur”, – məlumatda deyilir.

Bu vəzifəyə Naci Ağbal təyin olunub. Daha əvvəl o, ölkə Prezidenti Administrasiyasında idarə rəhbəri, həmçinin maliyyə naziri (2015-2018-ci illərdə) vəzifələrində çalışıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*