Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün Nazirlər Kabinetini növbəti dəfə toplayacaq.
KONKRET.az bu barədə Türkiyə mətbuatına istinadən xəbər verir.
Məlumata görə, iclasda Ermənistan-Azərbaycan cəbhə xəttindəki son vəziyyət və Şərqi Aralıq dənizindəki proseslər müzakirə ediləcək.
Bundan başqa, İzmirdə baş verən zəlzələnin nəticələri və sonrakı proseslər haqqında fikir mübadiləsi aparılacaq.
