Ərdoğan Türkiyədəki inflyasiyadan danışdı: “Yay aylarından…”backend

Ərdoğan Türkiyədəki inflyasiyadan danışdı: "Yay aylarından...

“Türkiyədə inflyasiyanın azalması yay aylarından başlayacaq”.

KONKRET.az xəbə verir ki, bu barədə Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan respublikada yüksək inflyasiyanın birrəqəmli həddə çatdırılması ilə bağlı fikirlərini bölüşərkən deyib.

“Bölgəmizdəki müharibələrə və böhranlara baxmayaraq, biz iqtisadi proqramımızı qətiyyətlə həyata keçiririk. Fevralda işsizlik səviyyəsi 8,7% təşkil edib. Bununla belə, əmək bazarımızda disbalans var. Yaşayış dəyəri və əməkhaqqı problemlərini həll etmək üçün lazımi addımları atırıq. Biz inflyasiyanın birrəqəmli həddə endirilməsini hədəfləyirik. İllik inflyasiya yay aylarında azalmağa başlayacaq”, – deyə Ərdoğan Ankarada sədrlik etdiyi Nazirlər Kabinetinin iclasından sonra xalqa müraciətində bildirib.

Qeyd edək ki, aprelin sonunda Türkiyədə inflyasiya illik 69,8%-ə çatıb. Türkiyənin maliyyə naziri Mehmet Şimşək daha əvvəl bildirmişdi ki, yerli hakimiyyət orqanları iyun ayından inflyasiyanın sürətlə azalacağını gözləyir. İlin sonuna qədər Türkiyə Mərkəzi Bankı bunu 36% səviyyəsində proqnozlaşdırır.

Rəsmiyyə Şərifova,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*