Ərdoğan: “Zəlzələ qurbanları üçün 650 min ev tikəcəyik”backend

Ərdoğan: "Zəlzələ qurbanları üçün 650 min ev tikəcəyik"

Türkiyə hökuməti fevralın 6-da baş vermiş zəlzələdən zərər çəkmiş əhaliyə 319 min yeni tikilmiş evi təhvil verməyi planlaşdırır.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan parlamentdə çıxışı zamanı bildirib.

“Bir il ərzində dağılmış şəhərləri bərpa edəcəyik. Tezliklə zərərin qiymətləndirilməsini tamamlayacağıq. Bir il ərzində 319 min mənzili sakinlərə verməyi planlaşdırırıq, ümumilikdə isə 650 min ev tikəcəyik”, – o deyib.

Prezident əlavə edib ki, yeni tikililər 3 və 4 mərtəbəli olacaq, zəlzələyə davamlılıq tələblərinə uyğun tikiləcək:

“Üç milyondan çox vətəndaş zəlzələ bölgəsindən çıxarılıb. Fəlakət bölgəsində qalan 2,4 milyon insan 433 min çadır, 100 min konteynerlə təmin edilib”.

Qeyd edək ki, fevralın 6-da Türkiyənin cənub-şərqindəki Kahramanmaraş vilayətində 7,7 və 7,6 bal gücündə zəlzələlər baş verib.

Təbii fəlakət nəticəsində 48 mindən çox insan həyatını itirib.

BMT-nin proqnozlarına görə, zəlzələlərin Türkiyəyə vurduğu zərər 100 milyard dollara çata bilər.

İqbal Rzayev,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*