Birləşmiş Ərəb Əmirliklərində – Dubayda Ermənistanın Müstəqillik Günü münasibətilə dünyanın ən hündür göydələni “Burc Xəlifə” bir neçə saniyə ərzində erməni bayrağında əks olunan rənglərlərlə boyanıb. KONKRET.AZ xəbər verir ki, ermən tursitlər bu nümayişi seyr etmək üçün göydələnin ətrafına toplaşıblar. Qeyd edək ki, “Burc Xəlifə” dünyanın ən hündür binası hesab olunur. Belə ki, göydələnin hündürlüyü 828 metr, binanın yaşayış hissəsinin hündürlüyü 584.5 metrdir.
KONKRET.AZ
