Erkin Qədirli: “Lukaşenko Putinlə dirəşir”backend

Erkin Qədirli: "Lukaşenko Putinlə dirəşir"

“Başqa ölkələrdə keçirilən seçkilərdə iki önəmli məsələyə diqqət ayırmaq gərəkdir: 1.Oradakı iqtidarın bizə münasibəti

2. Oradakı müxalifətin bizə münasibəti. Oradakı iqtidarın bizə münasibəti yaxşıdırsa, onun rəqiblərini dəstəkləməyin heç bir anlamı yoxdur. Oradakı iqtidarın bizə münasibəti yaxşı deyilsə, onda müxalifətin bizə münasibətinə baxmaq lazımdır. Müxalifətin bizə münasibəti yaxşıdırsa, onu dəstəkləmək olar. Müxalifətin bizə münasibəti yaxşı deyilsə, onda bu işə qarışmağın anlamı qalmır”.

KONKRET.az xəbər verir ki, bunu Azərbaycan Milli Məclisinin deputatı Erkin Qədirli deyib.

E.Qədirli Belarusdakı vəziyyətlə bağlı da fikirlərini bölüşüb: 1) Lukaşenko ODKB-də Putinlə dirəşir; 2) Ermənistana təpinir; 3) bizə ağır silah satır. Bu, az deyil. Oradakı müxalifətin bizə münasibətini bilirkmi? Bu suala cavab tapmayınca, başqa suallarla özümüzü yormağa dəyməz”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*