Erməni deputatlar bu gün də Paşinyanın namizədliyi üçün TOPLAŞIRbackend

Erməni deputatlar bu gün də Paşinyanın namizədliyi üçün TOPLAŞIR

Ermənistan parlamenti bu gün Nikol Paşinyanın Baş nazir vəzifəsinə namizədliyini müzakirə etmək üçün növbəti iclas keçirəcək.

KONKRET.az “Sputnik Ermənistan”a istinadən xəbər verir ki, ölkə Konstitusiyasına görə, Nazirlər Kabineti rəhbərinin istefasından sonra Milli Məclis iki dəfə yeni Baş nazir seçməməlidir, bundan sonra parlament buraxılır, erkən seçkilər elan edilir.

Qeyd edək ki, erkən parlament seçkiləri iyunun 20-nə təyin edilib. Bunun üçün də Paşinyan 25 apreldə istefasını elan edib, ancaq Baş nazir vəzifəsini müvəqqəti davam etdirir.

Xatırladaq ki, Ermənistan parlamenti mayın 3-ü keçirilən xüsusi iclasında Nikol Paşinyanı respublikanın Baş naziri vəzifəsinə yeganə namizəd seçməyib.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*