Hərbi qulluqçu Ayk Xaçaturyan naməlum şəraitdə vurulub. Onun vəziyyəti ağır qiymətləndirilir. Bu barədə KONKRET. AZ Ermənistanın Müdafiə Nazirliyinə istinadən xəbər verir. Yaralının İrəvana çatıdrılması planlaşdırılır.
Xatırladaq ki, 2000-ci il təvəllüdlü Xaçaturyan odlu silahdan atəş nəticəsində yaralanıb. İlkin məlumatda bildirilir ki, hərbçi silahdan istifadə qaydalarını pozub. İnsident bu gün səhərə yaxın müdafiə ordusunun şimal istiqamətində dislokasiya nöqtələrindən birində qeydə alınıb. Yaralı dərhal hərbi hospitala çatdırılsa da, vəziyyəti ağır olaraq qalır.
KONKRET.AZ
