Erməni mediası: Bakının rəsmi nümayəndəsi Xankəndində oturacaqbackend

Erməni mediası: Bakının rəsmi nümayəndəsi Xankəndidə oturacaq

Dağlıq Qarabağın Azərbaycanlı İcması İctimai Birliyinin sədri, millət vəkili Tural Gəncəliyevin “Tezliklə ofisim Xankəndidən fəaliyyət göstərəcək. Hazırda şəhərdə yeni ofis binası üçün mümkün yerlər nəzərdən keçirilir” sözləri ermənilərin geniş müzakirəsinə səbəb olub.

KONKRET.az xəbər verir ki, Ermənistan mediası bunun baş verəcəyini yazır.

“Politik.am” saytı yazır ki, bir neçə həftə öncə teleqram kanallarında Azərbaycanın Xankəndidə Bakının rəsmi nümayəndəsinin ofisi üçün bina istədiyi haqda xəbərlər yayılmışdı:

“Erməni tərəfi bunu inkar etdi, indi Tural Gəncəliyev yaxın dövrdə Xankəndidə ofisinin açılacağını elan edir. Erməni tərəfi yenə inkar edəcək, ama müharibə göstərdi ki, Azərbaycan indiyə istədiyinə nail olur”. publika.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*