Erməni mediası: “Sən demə, ermənilər Nikol Paşinyana yox, Anna Akopyana səs veriblər”backend

Erməni mediası: "Sən demə, ermənilər Nikol Paşinyana yox, Anna Akopyana səs veriblər"

Ermənistan Baş nazirinin həyat yoldaşı Anna Akopyanın respublikanın siyasi həyatında iştirakı cəmiyyətdə müxtəlif fikirlərə səbəb olur. Tarixdə dövlət başçılarının arvadlarının ərlərinin kölgəsində qalmaq istəmədikləri və ölkənin siyasi gedişinə təsir etdikləri nümunələr çox olub.

Nikol Paşinyan doğrudanmı qərar qəbul edərkən dönüb həyat yoldaşı Anna Akobyanın üzünə baxır? Bunun belə olub-olmaması bu gün əsas müzakirə mövzusudur. Ancaq belə olsa da, bunun üçün xüsusi bir şey yoxdur, xüsusən də arvadın tövsiyəsi yaxşı olarsa.

Ancaq bu zaman sual yaranır: kimləri seçdik – əri və ya arvadı?

“Həyat yoldaşımdan, kimdən soruşmalıyıq?” – SSRİ-də Mixail Qorbaçov, Rumıniyada Nikolae Çauşesku, Monqolustanda Yumjagin Tsedenbala vaxtıilə ən çox buna qəzəblənirdilər.

… Əlində gücü olan bir insanın həyat yoldaşına yaxınlığı nəinki ilham verir, həm də cazibədar edir. Nümunələrə baxaq…

Yelena Çausesku. Rumıniya Prezidentinin arvadı və  hökumətin baş nazirinin birinci müavini idi. Eyni zamanda RCP-nin Mərkəzi Komitəsinin və Siyasi Bürosunun üzvü,  Rumıniya Elmlər Akademiyasının prezidenti və ölkənin ən böyük kimya şirkətinin rəhbəri idi.

Jovanka Broz. Yuqoslaviyada rəsmi vəzifələrdə çalışmırdı. Ancaq … əri Josip Broz Titoya bir gündə 11 hökumət nazirindən 10-nu qovdurdu. Yuqoslaviyanın birinci xanımının özbaşınalığı ölkə rəhbərliyini dövlət başçısının xanımının davranışına həsr olunmuş 59 (!) İclas keçirməyə məcbur etdi. İş o yerə çatdı ki, 1974-cü ilin yanvarında Tito özü “Yoldaş Yovankanın işi” ni araşdırmaq üçün xüsusi bir komissiya yaratmağı əmr etdi.

Anastasiya Filatova. Monqolustan rəhbərinin 40 il ölkəni idarə edən Yumjagiin Tsedenbalanın həyat yoldaşı.

SSRİ Səhiyyə naziri Yevgeni Çazovun xatirələrindən: “Monqolustan partiyası və dövləti liderinin həyat yoldaşı ölkənin siyasi bürosu və hökuməti üçün bir təhlükə oldu. Monqolustan rəhbərləri ilə söhbətində mən də orada olmalı idim və mən ondan və ölkəmdən utandım. çünki Tsedenbalın həyat yoldaşı Sovet İttifaqı ilə məzələnirdi”.

Hətta bir dəfə Brejnyev :”Sən, Nastya, Sovet xalqına bir az baha başa gəlirsən”, – demişdi.

Yeri gəlmişkən, Brejnev özü bu prinsipi qəbul etmişdi: “Arvad yalnız bir ev xanımı və ailənin anasıdır”, bu və ya digər şəkildə bütün Kreml arvadlarının yerini müəyyənləşdirdi.

Ancaq sonra Raisa Maksimovna bu ənənəni pozdu. Çazov “Sağlamlıq və Güc” xatirələrində Mixail Qorbaçovun həyat yoldaşını da belə xarakterizə etdi: “Davranışı, qəti ifadələri çoxlarını əsəbiləşdirdi və yalnız onun üçün deyil, Mixail Sergeyeviç üçün də düşmən yaratdı. Mənə elə gəlir ki, ailə prinsipləri ailədədir, Qorbaçova görə, “partiya katibi” olan o idi, Raisa Maksimovna bütün Sovet İttifaqını ələ keçməyə çalışırdı”.

Sovet Ermənistanında necə idi? Köhnə zamanların fərdi təəssüratlarına və ifadələrinə görə: birinci şəxslərin arvadları özlərini dövlət əhəmiyyətli problemlərlə yükləmirdilər, nomenklatura vəzifələrinə tələsmirdilər, nadir hallarda kadr seçimi və yerləşdirilməsi ilə məşğul olurdular. Arvadlar o zaman ərlərə təzyiq vasitəsi olaraq yox, ayaqqabı seçərkən xatırlanırdı.

Bəs bu  gün Ermənistanda bu məsələ necədir? Şərhlər fərqlidir. Bir tərəfdən, birinci xanım üçün ənənəvi bir məşğuliyyət var – xeyriyyəçilik, himayə, hamı buna normal yanaşır. Digər tərəfdən, Anna Akopyanın ərinin himayəsi altında olmadan mitinqlərdə, səfərlərdə, iclaslarda və digər tədbirlərdə iştirakı çoxları üçün artıq görünür. Müharibə zamanı Qarabağ Ordusunun qərargahında Baş nazirin həyat yoldaşının iştirakı ilə iclasların keçirilməsi isə artıq atəşə yalnız yanacaq əlavə etdi.

– Ərin yerinə yetirdiyi rəsmi vəzifələrdən kənarda qalmaq yalnız erməni qadınlarının tərbiyəsinin bir hissəsi deyil, həm də ailə həyatında güclü bir kişi prinsipinin olması kimi qəbul edilməlidir. Və bu, yalnız ailənin deyil, dövlətin də xeyrinədir, – məlumatlı insanlar mənə məhz bunu izah edirdilər.

Amma bu gün Ermənistanın siyasi elitasında mənzərə bir qədər fərqlidir. İnsanlar nəyə görə isə belə düşünürlər ki, Paşinyan istənilən qərar verərkən arvadının üzünə baxır. General polkovnik Movses Akopyana göstərilən münasibət bunun daha bir təzahürüdür.

Bütün deyilənlərdən belə çıxır ki, ermənilər Nikol Paşinyana yox, Anna Akopyana səs veriblər.

“Sputnik Armenia”.24.noyabr 2020

Tərcümə etdi: Surxay Atakişiyev,

KONKRET.az.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*