Erməni və yalan siam əkizləridir – Bir hadisəyə üç cür uydurmabackend

Erməni və yalan siam əkizləridir - Bir hadisəyə üç cür uydurma

Bu gün səhər Şuşa şəhəri yaxınlığındakı blokposta gələn erməni terrorçusu, Azərbaycan hərbçilərinə silahlı hücum edib. Azğın erməni, hərbçilərimizin xidmət apardığı əraziyə qumbara ataraq minik avtomobili ilə qaçmaq istəyib. Xoşbəxtlikdən hərbi qulluqçularımız ağır xəsarət almayıblar.

Terrorçu ermənini isə rus hərbçiləri saxlayıblar. Verilən məlumata görə, ilkin dindirmədən sonra Xankəndindəki qondarma quruma təhvil veriblər.

Həmin hadisəni, erməni mətbuatı ilk olaraq Azərbaycan ordusu tərəfindən törədildiyini yazdı. Qısa müddətdə sözlərindən çəkilərək bunun etməni vətəndaşı tərəfindən törədildiyini etiraf etmək məcburiyyətində qaldılar. Çünki orada Azərbaycan həbçiləri ilə yanaşı, rus hərbçilər də xidmət aparır və hadisənin videogörüntüləri rusiya mətbuatında artıq yayılmışdı. Amma yenə də, həqiqəti oluğu kimi yazmaq məcburiyyətində qaldıqları zaman belə, növbəti yalan uydurmağa başladılar. Həmin erməni mətbuatı yazdı ki, guya qumbara atan terrorçunun qardaşı Şuşa ətrafındakı döyüşlərdə ölüb. Lakin bu yalan da “yerimədi”. Məlum oldu ki, onsuz da soyu-kökü məlum olmayan erməni xalqının nümayəndəsi olan Norayr Mirzoyanın rəsmi olaraq Martik Yeremyan adında qardaşı yoxdur – bunu da özləri etiraf etdilər. Sonra növbəti yalanı uydurmağa başladılar. Yəni indi də deyirlər ki, guya Azərbaycan hərbçisi onu provakasiyaya çəkib.

Birincisi, videogörüntülərdən də aydın görünür ki, azərbaycanlı hərbçilər öz xidməti ərazisində dayanıblar, erməni avtomobilini Rusiya hərbçiləri yoxlayır. Azərbaycanlı hərbçinin onlara təmas etməsi mümkünsüzdür, çünki arada dəmir tor var. İkincisi, bu qədər uydurmalardan sonra, “lənət erməniyə”, deyib, fərz edək ki, bizim hərbçi onu necəsə provokasiyaya çəkib. Soruşmaq lazımdır ki, axı mülki şəxsdə qumbara nə gəzir? Siz üzərinizdə qumbara gəzdirirsiniz ki, mübahisə edəcəyiniz insana atasız? Odlu silah gəzdirməyə Ermənistanda qanunla icazə verilib ki? Güman ki, yox. O vaxt belə qərara gəlmək olur ki, terrorçu düşünülmüş şəkildə silahlanaraq postumuza hücum edib.

Təbii ki, bu Azərbaycan vətəndaşına, vəzifə səlahiyyətlərini yerinə yetirən şəxsə, xidmətdə olan hərbçiyə qarşı həyata keçirilmiş terror aktıdır. Hadisənin Azərbaycan dövləti ərazisində baş verdiyini də nəzərə alaraq, həmin şəxs bizim hüquq-mühafizə orqanlarına təhvil verilməli və ölkəmizin qanunları ilə mühakimə olunmalıdır.

Ermənistanda, 44 günlük müharibə zamanı hansı dəlikdəsə gizlənib indi özünü adam sayan bu şəxsi, qəhrəmana çevirməyə çalışırlar. Hətta onu Azərbaycan tərəfə verəcəkləri halda, rus qoşunlarına və diplomatlarına qarşı terror hadisəsi törədəcəkləri ilə hədələyici bəyanatlar səsləndirirlər.

Bilmirlər ki, qəhrəmanlıq, əsgərə gözləmədiyi şəraitdə əl bombası atıb qaçmaq deyil. Qəhrəmanlıq, başdan-ayağacan silahlanmış ermənilərdən Şuşanı əliyalın almaqdır ki, onu da Azərbaycan əsgəri bacardı.

Bu gün, hamının izləyə biləcəyi, faktiki görüntüsü yayılmış bir hadisəyə bu qədər yalan uydurmağı bacardıqlarını görəndən sonra, “Allah, heç kimi dünyaya erməni olaraq gətirməsin!”, – deməyə bimirəm.

Erməni və yalan, bu dünyaya siyam əkizi kimi qoşa gəliblər. Onları bir-birindən ancaq Azərbaycanın Mübariz – Polad oğulları ayıra bilir.

Bizimyol.info

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*