Ermənilər ABŞ-da etiraz aksiyası keçirdilər – FOTObackend

Ermənilər ABŞ-da etiraz aksiyası keçirdilər - FOTO

Daşnaksütyun partiyası ABŞ-da diplomatik nümayəndəlik yaxınlığında mitinq keçirib.

KONKRET.az erməni mətbuatına istinadla xəbər verir ki, Ermənistanın ABŞ -dakı səfiri Daşnaksütyunun diplomatik nümayəndəlik yaxınlığındakı mitinqinə mane olmağa çalışıb.

Lilit Makunts Müstəqillik Günü ziyafəti zamanı gənclərin etiraz nümayişini dağıtmağı tələb edib.
Aksiyaya iştirakçılar plakatlarla və Qarabağdakı separatçı rejimin əskisi ilə gəliblər.
Səfirlik əməkdaşları onlardan dağılışmalarını istəyib və sonra polisə müraciət ediblər.
“Daşnaksütyun” saytının xəbərinə görə, polis nümayişçilərin qanunu pozmadığını bildirib.
Saat fərqinə görə səfirlikdən məlumat almaq mümkün olmayıb.

Xuraman Etibarlı

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*