“Ermənilər aranı qatmağa çalışırlar, bu səbəbdən ehmalca hərəkət edirik” – AÇIQLAMAbackend

 "Ermənilər aranı qatmağa çalışırlar, bu səbəbdən ehmalca hərəkət edirik" - AÇIQLAMA

“Qazaxın 7 kəndinin Azərbaycana qaytarılması sazişin əsas bəndlərindən biridir. Türkiyə Prezidenti də şəxsən bildirib ki, həmin kəndlər Azərbaycan ərazisidir və geri qaytarılmalıdır”

KONKRET.az xəbər verir ki, bu sözləri Qabil Hüseynli bildirib. O deyib ki, həmin ərazilər yüksək strateji əhəmiyyətə malikdir:

“Oradan böyük bir yol keçir. Həmin yol da, 7 kənd də geri qaytarılacaq. Qazaxın 7 kəndi, Laçın üçün müəyyən olunmuş zamanda geri qaytarılmalıdır. Ermənilər aranı qatmağa çalışırlar.  Bu səbəbdən daha ehmalca hərəkət edirik. Onsuzda 7 kənddə nə erməni yaşayır, nə azərbaycanlı. Ermənilər oranı xarabalığa çeviriblər”. /Redaktor.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*