Erməninin göbək adı – TERROR – FAKTLAR KOR DÜNYANIN GÖZÜNÜ AÇACAQbackend

Erməninin göbək adı - TERROR - FAKTLAR KOR DÜNYANIN GÖZÜNÜ AÇACAQ

Surxay Atakişiyev

Bu yerdə deyiblər ey, “Adımı sənə qoyum, səni də yana-yana”. Ermənistan hərbi-siyasi rejimi hər oyundan çıxır, hər yalanı danışır. Doğrudur, bunlara biz alışqanıq. Amma elə məsələ var ki, istər-istəməz adamı sinir edir. Məsələn, ermənilərin ortaya atdığı muzdlu döyüşçülər yalanı kimi. Özlərinin etdikləri beynəlxalq cinayətləri yenə də Azərbaycanın adına çıxmağa çalışırlar. Baxmayaraq ki, terrorçuluq ermənilərin göbək adıdır. ASALA terror təşkilatı son 150 ildə dünyada yüzlərlə günahsız insanların qətlinə fərman verib. 100 ildən artıqdır ki, türklərə qarşı soyqrımı aparır.1988-ci ildən başlayaraq ermənilər Azərbaycanın bütün bölgələrində və Qarabağda terrorla məşğuldur. Bakı metrosunda, Bakı-Tbilisi avtobusunda, sərnişin qatarında və daha haralarda ermənilərin törətdikləri terrorlar ən yaxın 30 ilin acı reallıqlarıdır. Hələ Qukarkda, Xocalıda, Meşəlidə, Qaradağlıda Ağdabanda və daha neçə-neçə yaşayış məntəqələrimizdə azərbaycanlılara qarşı etdikləri soyqrımını demirəm. Ermənilər təkcə soydaşlarımıza qarşı deyil, azərbaycanlılarla bağlı olan hərə şeyə patoloji nifrət bəsləyirlər. Məsələn, evlərə, abidələrə və hətta qəbiristanlığa qarşı ermənilərin kəskin antipatiyası var. Bu isə artıq terrorizm xəstəliyinin patologiyasıdır. Patologiya mərhələsinə qədəm qoyan xəstəliynsə yeganə çarəsi cərrahiyyədir. Deməyim odur ki, ermənilər sivilizasiyanın qarayarasıdır. Bu yara bu gün kəsilib atılmalıdır. Əks-təqdirdə sivilizasiya bundan hələ çox zərər görəcək.

Amma nə yazıq ki, dünyanın ədalət tərəzisi Femida kimi həmişə düzgün çəkmir. Bu gün ABŞ-ı, Avropanı və Rusiyanı terrorçunun mövcudluğundan daha çox, onun harada fəaliyyətdə olması maraqlandırır. Məsələn, ABŞ-da 5 adamın, Avropada 10 adamın öldürülməsi terrorizmin tüğyanı, Azərbaycanda, Suriyada və yaxud Türkiyədə onlarla adamın öldürülməsi isə adi cinayət kimi qəbul edilirsə, onda Məmməd Araz demiş “Mən belə dünyanın nəyindən küsüm”.

Ermənistanın hərbi-siyasi hakimiyyətinin terrorçuluq mahiyyətini ABŞ da, Avropa da çox gözəl bilir. Amma bu terrorçuların indiki hədəfi bu dövlətlərin maraqlarına uyur. Ona görə də ABŞ, Avropa və Rusiya Ermənistanı deyil, Azərbaycanı terrorçularla iş birliyində ittiham etmək istəyir. Baxmayaraq ki, bu günədək həmin dövlətlər bir dənə də olsun Azərbaycanın əleyhinə tutarlı fakt ortaya qoymayıblar. Baxmayaraq ki, Azərbaycan Prezidenti  İlham Əliyev dəfələrlə bəyan edib ki, “Azərbaycan tərəfində heç bir əcnəbi döyüşçü yoxdur. Bu, başqa bir feyk xəbərdir. Bu, bəzi ölkələrin bəzi rəsmiləri tərəfindən yayılmışdır. Lakin bu vaxtadək, toqquşmalar başlayandan sonra iyirmi gündən çox bir müddətdə bizə nə Fransadan, nə də Rusiyadan heç bir dəlil təqdim olunmamışdır. Çünki bu bəyanatı Fransa və Rusiya rəsmiləri vermişdir və biz onlardan sübut tələb etmişdik. Biz dəlilləri tələb etmişdik. Yalnız sözlər. Heç bir sübut yoxdur, heç bir dəlil yoxdur. Digər bir məsələ ondan ibarətdir ki, bizə bizimlə birgə vuruşacaq əcnəbilər lazım deyil, çünki bizim 100 min nəfərdən ibarət nizami ordumuz var. Bizim müasir avadanlığımız var, bizim 30 ildir ki, işğaldan əziyyət çəkən motivasiyalı insanlarımız var”.

Bəli, bu gün Azərbaycanının 5-10 dənə saqqallı çapolçuya ehtiyacı yoxdur.

Birincisi, ona görə ki, Ölkə Başçısının dediyi kimi Azərbaycanın 100 minlik yüksək döyüş qabiliyyətinə malik ordusu var. Və bu ordunun yalnız  müəyyən bir qismi Qarabağda keçirilən uğurlu hərbi əməliyyatlara cəlb olunub.

İkincisi, Azərbaycan bu gün müharibəni canlı qüvvə ilə deyil, əsasən nano texnologiyalarla aparır. Azərbaycanın “Zərbə”, Türkiyənin “Bayraqdar”, İsrailin “Hermes” pilotsuz döyüş təyyarə və qurğuları Ermənistan ordusunun kabusuna çevrilib. Bir PUA-nın döyüş əmsalı isə yüzlərlə əsgərin döyüş qabiliyyətinə bərabərdir. Bəs onda Azərbaycanın nəyinə lazımdır 5-10 dənə başıpozuq saqqalı?!!

Üçüncüsü, Azərbaycan hakimiyyəti bütün məsələlərə həssaslıqla yanaşır. Bu günədək Ermənistan tərəfdən davamlı şəkildə Gəncə, Mingəçevir, Bərdə və digər bölgələrimiz raket atəşinə  tutulur. Amma Azərbaycanın siyasi hakimiyyəti bunun provakasiya  olduğunu düzgün qiymətləndirərək, Ermənistan ərazisinə bir güllə belə atmayıb. Çünki bilirik ki, Ermənistan Azərbaycandan məhz bu addımı gözləyir. İstəyir ki, Ermənistanın atəşə tutulmasını bəhanə edərək üçüncü dövləti və yaxud dövlətləri Qarabağ münaqişəsinə cəlb etsin. Lakin bu gün Azərbaycan öz sözünü mərdi –mərdanə döyüş meydanında deyir.

Amma neyləyəsən ki, qismətimizə düşmənin ən şərəfsizi düşüb. Bu gün Ermənistan Suriyadan, Livandan, İraqdan və daha hansı ölkələrdən müzdluları gətirib Qarabağda Azərbaycana qarşı döyüşə cəlb edib. Bu günlərdə işğaldan azad olunmuş Zəngilan rayonu ərazisində Ermənistan Milli Təhlükəsizlik Xidmətinin istifadəsində olmuş binada baxış zamanı bəzi sənədli materiallar aşkar edilib. Həmin materiallar təhlil olunarkən onların arasında Suriya vətəndaşlarına aid siyahı və pasportların surətlərinin olduğu müəyyən edilib. Məlum olub ki, siyahıda adları qeyd olunmuş 60 suriyalı erməni (cəmi 19 ailə) işğal olunmuş ərazilərdə Ermənistan tərəfindən aparılmış qanunsuz məskunlaşma prosesində Zəngilan rayonu ərazisinə köçürülüb. Və bu adamlar sonradan hərbi əməliyyatlara cəlb edilib.

Bu, hələ harasıdır. KONKRET.az olaraq biz son 10 gündə keçmiş SSRİ ölkələrindən və Avropadan Qarabağa muzdluların gətirildiyi barədə müfəssəl və dəqiq informasiyalar paylaşmışıq. Noyabrın 4-də tanınmamış Donbas Xalq Respublikasından, noyabrın 5-də Rusiyadan, noyabrın 6-da isə Abxaziyadan müzdluların Ermənistan tərəfindən Qarabağa gətirilməsi barədə faktları dəyərli oxucularımıza təqdim etmişik. Amma neyniyək ki, böyük dövlətlər də insanlar kimi çox vaxt gördüklərini deyil, görmək istədiklərini danışırlar.

Bu gün terrordan ən çox əziyyət çəkən Azərbaycandır. Amma, nə yazıq ki, terrorla ittiham olunan da Azərbaycandır. Acıdır, amma reallıqdır. Ona görə də bu cür əsassız iddialara görə əsəbləşməyə dəyməz. Çünki əsl həqiqəti diktə edən bu gün Müzəffər Azərbaycan Ordusudur. Ona görə də zəfər yürüşümüzü durdurmağa çalışanların olması təbiidir. Bir də axı, dünyada yeni reallıqlar yaranır. Bu reallığı formalaşdıran dövlətlərdən biri də AZƏRBAYCANdır.

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*