“1990-cı illərin əvvəllərində İrəvan Tehranın Ermənistan üçün həyati əhəmiyyətli rol oynadığını yaxşı xatırlayır”.
KONKRET.az erməni mətbuatına istinadən xəbər verir ki, bu fikirləri baş nazir Nikol Paşinyan Litvanın erməni icması ilə görüşündə bildirib.
O, Ermənistanın heç vaxt İrana qarşı gizli sazişdə yer almadığını və bundan sonra da iştirak etməyəcəyini vurğulayıb: “İrəvan üçün Tehranla münasibətlər son dərəcə vacibdir. Əminəm, iranlı həmkarlarımız bilirlər ki, Ermənistan heç vaxt İrana qarşı gizli sazişdə iştirak etməyib. Çünki İranla münasibətlər bizim üçün son dərəcə vacibdir. 1990 -cı illərin əvvəllərində İranın Ermənistan üçün “həyat yolu” olduğunu heç vaxt unutmayacağıq” – Paşinyan əlavə edib.
Müşviq Tofiqoğlu
KONKRET.az
