Ermənistan-Türkiyə sərhədi ilə bağlı mühüm gəlişmə: Mart ayının 1-də nə baş verəcək?backend

Ermənistan-Türkiyə sərhədi ilə bağlı mühüm gəlişmə: Mart ayının 1-də nə baş verəcək?

Ermənistan-Türkiyə sərhədində yerləşən Marqara keçid məntəqəsi yaxın vaxtlarda açılacaq.

KONKRET.az xəbər verir ki, bu barədə erməni mediası məlumatlı diplomatik mənbəyə istinadən bildirib.

Mənbənin sözlərinə görə, keçid məntəqəsinin açılışı martın 1-nə planlaşdırılır. Eyni zamanda, buraxılış məntəqəsinin təhlükəsizliyinin Ermənistan Respublikasının Milli Təhlükəsizlik Xidməti tərəfindən həyata keçirilməsi nəzərdə tutulur.

Xatırladaq ki, hazırda Ermənistan-Türkiyə sərhədinin bütün ərazisi boyunca nəzarəti Rusiya Federasiyası FTX-nin Ermənistan Respublikasındakı İB-si həyata keçirir. Daha əvvəl bildirilmişdi ki, Ermənistan tərəfi keçid məntəqəsinin təmirinə 1 milyard dramdan çox pul xərcləyib.

Qeyd edək ki, Ermənistanla Türkiyə arasında sərhədin birinci mərhələdə üçüncü ölkə vətəndaşları və diplomatik pasport sahibləri üçün açılması planlaşdırılırdı.

Aysu İbrahimova,
KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*