Ermənistanın Syunik bölgəsində 4 müqavilə hərbçisi qar uçqunu altında qalıb.
KONKRET.az erməni mediasına istinadən xəbər verir ki, onlardan biri qaçmağa müvəffəq olsa da, üçü ölüb.
Axtarış-xilasetmə işləri nəticəsində Karapet Nazaryan (1991-ci il təvəllüdlü), kiçik serjant Tiqran Arzumanyan (1994-cü il təvəllüdlü) və kiçik çavuş Nver Şahbazyanın (1995-ci il təvəllüdlü) cəsədi uçqun altından tapılıb.
Müqavilə hərbçisi Hamlet Mirzoyan (1998-ci il təvəllüdlü) uçqundan çıxmağı bacarıb.
Aşkar olunan əsgər yüngül bədən xəsarətləri alıb, sağlamlıq vəziyyəti qənaətbəxş qiymətləndirilir.
