Ermənistanda “axmaqlıq vergisi” tətbiq ediləcək? – Avetisyanbackend

Ermənistanda “axmaqlıq vergisi” tətbiq ediləcək? - Avetisyan

“Dövlət ictimai həyatın ən yüksək təşkili forması kimi bir sıra inhisarçı hüquqlara malikdir. Dövlət həmçinin vergiləri təyin etmək və toplamaqda müstəsna hüquqa malikdir ki, bu da yenə eyni prinsip əsasında bir çox ictimai problemlərin həlli üçün həyata keçirilə bilər və edilməlidir”.

KONKRET.az xəbər verir ki, bu sözlər erməni jurnalist Harutyun Avetisyanın ölkəsindəki vergi siyasətini sərt tənqid edən məqaləsindədir.

Həmin məqalədən bir hissəni təqdim edirik: “Ölkədə effektiv və səmərəsiz dövlət idarəçiliyi var. Vergilərin qoyulması və yığılmasında özbaşınalıqlar hökm sürür. Dövlətin vergi toplama funksiyası elə bir vəziyyətdədir ki, bütün bunlar vətəndaşlar arasında dövlətin nüfuzunun sarsıdılmasına gətirib çıxarır.

Vergi siyasətinin hansı prinsiplərlə həyata keçirildiyi bilinmir. Əlbəttə, bunun əsas səbəbi əslində qərar qəbul edən şəxslərin təfəkkürünün və dünyagörüşünün korlanmasıdır. Məsələn, Nikol Paşinyanın əcnəbi işçilərin və ya şou-biznes ulduzlarının absurdlarla vergiyə cəlb edilməsinə haqq qazandırması başadüşülən deyil. Problem ondadır ki, avtoritar ölkələrdə bu cür aldatma sonda müxtəlif formalarda qanuna və hökumət qərarına çevrilir.

Ən müxtəlif adlar və absurd əsaslandırmalarla vergi yükünün artırılması vətəndaşı cərimə materialına çevirir. Nikol Paşinyan hər kəsi bəyan edilməmiş vergi növü ilə vergiyə cəlb edir ki, buna “axmaqlıq vergisi” demək olar.

Vətəndaşlar 2018-ci ildə Paşinyan və onun siyasi komandasını bütün mümkün vasitələrlə hakimiyyətə yaxın buraxmaq axmaqlığının əvəzini ödəyirlər. Təbii ki, o vergi yalnız onu “seçmiş” 680 min vətəndaşa şamil edilsəydi, ədalətli olardı, amma əslində bu vergini hamı ödəyir.

Bu, dövləti ziyalıların idarəçiliyinə təhvil verməyə imkan tapana qədər davam edəcək. Bu, yaxın zamanlarda baş verməsə, hökumət müxtəlif adlar altında vətəndaşlardan yığılan vergiləri vahid vergi növündə birləşdirə və vergi məcəlləsinə “axmaqlıq vergisi” maddəsini əlavə edə bilər”.

Natiq Səlim,

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*