Ermənistanda etirazlar başladı: Revanşistlər Mirzoyanın ofisinə “hücum çəkdilər”backend

Ermənistanda etirazlar başladı: Revanşistlər Mirzoyanın ofisinə "hücum çəkdilər"

Ermənistan Xarici İşlər Nazirliyinin binası qarşısında etiraz aksiyası başlayıb.

KONKRET.az xəbər verir ki, Ararat Mirzoyanın və hökumətin ifadə etdiyi fikirlərin əleyhinə keçirilən aksiyada daha çox revanşist meyillilər iştirak ediblər.

Onlar “Qarabağ” məsələsinin bağlanmadığını vurğulayaraq hökumətin bununla bağlı siyasətinə etirazlarını bildiriblər.

“Ermənistan hakimiyyətinin mövqeyi aydındır, lakin biz fikirlərimizə hörmət olunmasını tələb etməliyik. Hakimiyyət anlayışı müvəqqətidir, burada yaşayan bizik. Ararat Mirzoyan və hökumət birtərəfli qərarlar verir, biz isə buna qarşıyıq. Bir zaman fərqli qərarlar verən liderlər gələcək. Bu məsələni gündəmə gətirmək üçün çalışmalıyıq”, – etirazçılar qeyd ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*