Məhkəmə Ermənistan Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin keçmiş müavini, general-leytenant Tiran Xaçatryanı həbs edib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Ermənistan Baş Qərargah rəisinin keçmiş müavini səhlənkarlıqda ittiham olunur.
Xaçatryan 2021-ci ilin fevralında Baş nazir Nikol Paşinyanın “İsgəndər” kompleksləri ilə bağlı dediklərini ələ saldıqdan sonra tutduğu vəzifədən azad edilib.
***
Bu gün Ermənistan Respublikasının milli qəhrəmanı, general-mayor Tiran Xaçatryan həbs edilib.
KONKRET.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb.
Qeyd edilib ki, onun həbsi 44 günlük müharibə ilə bağlıdır.