Ermənistanda türk dilində verilişlər və mahnılar yayımlanmağa başladı – RƏSMİbackend

Ermənistanda türk dilində verilişlər və mahnılar yayımlanmağa başladı - RƏSMİ

“Hazırda Ermənistandakı FM radio proqramları 88.8 MHz tezliyində türk dilində verilişlər və mahnılar yayımlayır”.

KONKRET.az  xəbər verir ki, bu haqda yazan “Johovurd” qəzetinin əməkdaşı bunun necə mümkün olduğunu anlamaq üçün Ermənistan Milli Təhlükəsizlik Xidməti(MTX) və Yüksək Texnologiyalar Nazirliyi ilə əlaqə saxlayıb.

MTX-dən əvvəllər erməni verilişləri və mahnıları yayımlanan dalğada indi türkcə proqramların yayımlanmasının səbəbini belə izah ediblər:

“Bu radio kanalının Ermənistan Respublikası ərazisində yayılması onun yayımçılarının gücü və ərazisi ilə şərtlənir. Və eyni şəkildə erməni radio kanalları da Ermənistan Respublikası ilə həmsərhəd olan türk şəhərlərində yayımlanır”

Eyni zamanda MTX nümayəndələri jurnalistlərə daha ətraflı məlumat üçün Yüksək Texnologiyalar Sənayesi Nazirliyi ilə əlaqə saxlamağı da tövsiyə ediblər. Nazirlikdən erməni qəzetinin sualına cavab olaraq bunlar deyilib:

“8 aprel tarixində yayımın Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən bir radio yayım şirkəti tərəfindən aparıldığı məlum olub. Radio yayımlarının radio kanalları vasitəsi ilə ötürülməsi və radio kanallarının sərhəd və dövlətləri tanımaması nəzərə alınaraq digər ölkələrin radio sistemlərinə müdaxilə etməmələri şərtiylə radio frekanslarının ayrılması dövlətlərdən gələn müraciətlərə əsaslanır”.

“Eyni zamanda nazirlik rəsmiləri Türkiyə radiosunun yayımlanmasının Ermənistanda heç bir radio yayım cihazının işinə mane olmadığını vurğulayıblar. Başqa sözlə, nazirlik ölkədə türk dilində proqramların istifadəyə verilməsi normaldır və belə də qalacaq”- deyə erməni qəzeti yazır./moderator.az/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*