Ermənistanın baş virusoloqu ölkədən qaçdı – SƏBƏBbackend

Ermənistanın baş virusoloqu ölkədən qaçdı - SƏBƏB

Ermənistan Səhiyyə Nazirliyinin Xəstəliklərə Nəzarət və Profilaktikası üzrə Mərkəzinin Yoluxucu Xəstəliklərin Profilaktikası şöbəsinin rəhbəri Liana Torosyan ölkədən qaçıb.

KONKRET.az Ermənistan mətbuatına istinadən xəbər verir ki, Torosyan əvvəlcə məzuniyyət haqqında ərizə yazaraq, Polşaya gedib və bildirib ki, daha qayıtmayacaq. Onun gedişi çoxları üçün gözlənilməz olub, amma mərkəzdəki mənbələr bildirib ki, koronavirusla bağlı bəzi məsələlərdə maliyyə vəsaitlərindən sui-istifadə halları aşkarlanıb. Torosyan buna görə belə addım atıb.

Qeyd edək ki, Ermənistanda yoluxucu xəstəliklər üzrə bütün məlumatları məhz Torosyan təqdim edirdi və COVID-19 və onun profilaktikası, yayılma vəziyyəti haqqında vətəndaşları məlumatlandırırdı.unikal.org

 

  • Aybəniz
    Yanvar 23, 2021 - 12:49

    Yene o utanib qaçıb

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*