“Türklər və azərbaycanlılarla mənalı danışıqlar aparmaq mümkün deyil”.
KONKRET.az xəbər verir ki, bu cür ermənisayaq kinli açıqlamanın müəllifi Ermənistanın “Respublika” Partiyasının mətbuat katibi Eduard Şarmazanovdur. Şarmazanovun fikrincə yaralı və müqavimət göstərmək iqtidarında olmayan Ermənistanın Azərbaycanla danışıqlar aparması doğru deyil:
“Türklərlə və azərbaycanlılarla əsaslı danışıqların aparılması qəbuledilməzdir. Niyəsini mən deyəcəm. Çünki təslim olduqdan sonra Ermənistan bu gün çox zəifdir. Ölkədə milli maraqlara xidmət edən güc yoxdur. Türkiyə və Azərbaycanın ermənilərə qarşı olduğu aydındır. Noyabrın 9-dan sonra, onlar Ermənistanın əlindən hər şeyi alacaqlar, əvəzində isə öhdəliklərini yerinə yetirməyəcəklər. Ermənistan hakimiyyəti bu dəfə də 11 yanvarda olduğu kimi müşahidəçi rolunda qalacaq” – Şarmazanov vurğulayıb.
“Heç bir sülh gündəliyi mövcud deyil. Yalnız Türkiyə və birdə Ermənistanın əleyhinə olan gündəm var. Bu işdə iştirak etmək isə ki, Ermənistan dövlətçiliyinin faktiki məhv edilməsi deməkdir” – Şarmazanov fikirlərini tamamlayıb.
Müşviq Tofiqoğlu
KONKRET.az
