Ermənistanın müdafiə naziri İran səfiri ilə görüşdübackend

Ermənistanın müdafiə naziri İran səfiri ilə görüşdü

Ermənistanın müdafiə naziri Arşak Karapetyan İranın ölkəsindəki səfiri Abbas Bədəxşan Zoxuri ilə görüşüb.

KONKRET.az xəbər verir ki, görüşdə İranın Ermənistandakı səfirliyinin hərbi attaşesi polkovnik Bəhmən Sadıqin də iştirak edib.

Arşak Karapetyan bölgədəki vəziyyət barədə danışıb. İranın regional təhlükəsizliyin təmin edilməsindəki rolunu vurğulayıb.

Tərəflər həmçinin Ermənistan-İran əməkdaşlığının dərinləşdirilməsi və regional problemlərlə bağlı digər məsələləri müzakirə ediblər.

Müşviq Tofiqoğlu

KONKRET.az

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*