“Əsir düşən rus hərbçiləri axtalansın”.
KONKRET.az xəbər verir ki, bunu “Ukrayna 24” telekanalının canlı efirində “Mobil Hospital”ın rəhbəri Gennadi Druzenko deyib. Druzenko bildirib ki, o, həkimlərinə əsir düşmüş yaralı rus əsgərlərini kastrasiya etməyi əmr edib.
Qalmaqallı açıqlama hər iki tərəfdə böyük rezonans yaradıb.
Rusiya Federasiyası İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin rus hərbi əsirlərin kastrasiyasına çağıran ukraynalı həkimə qarşı işin açılmasını tapşırıb.
Ukrayna Prezident Ofisi rəhbərinin müşaviri Aleksey Arestoviç də bununla bağlı açıqlama verib.
Arestoviç düşməni alçaltmamağa, əsirləri təhqir etməməyə və hərbçilərin övladlarından qisas almaq çağırışlarından çəkinməyə çağırıb.
O, belə halların ölkənin imicinə ciddi zərbə vurduğunu və vəziyyəti daha da çətinləşdirdiyini izah edib.
Arestoviç Ukrayna televiziyasında əsir götürülmüş rus əsgərlərini axtalamaq niyyətində olduğunu bildirən Ukrayna Birinci Könüllü Mobil Xəstəxanasının rəhbəri Gennadi Druzenkonun sözlərinin Cenevrə konvensiyasına zidd olduğunu vurğulayıb.
Qeyd edək ki, sonradan Druzenko üzr istəyib və etiraf edib ki, emosiyalara qapılıb və heç kim heç kimi axtalamaq fikrində deyil.
Xuraman Etibarlı,
KONKRET.az
