Etirazlar zamanı 200-dən çox etirazçı saxlanıldı, 95 polis yaralıdır – Qazaxıstanda sular durulmurbackend

Etirazlar zamanı 200-dən çox etirazçı saxlanıldı, 95 polis yaralıdır - Qazaxıstanda sular durulmur

Qazaxıstanın hüquq-mühafizə orqanları ölkənin bir sıra regionlarında baş vermiş aksiyalar zamanı ictimai asayişi pozduğuna görə 200-dən çox insanı saxlayıb.

KONKRET.az TASS-a istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

“Qanunazid hərəkətlər nəticəsində daxili işlər orqanlarının 95 əməkdaşı xəsarət alıb. 37 xidməti avtomobilə ziyan dəyib. İctimai asayişi pozduqlarına görə isə 200-dən çox şəxs saxlanılıb”, – deyə Qazaxıstan Daxili İşlər Nazirliyinin yaydığı rəsmi məlumatda qeyd olunur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*