“Evlər Sədərək bazarında alver edənlərə kirayə verilib” – Etibar Əliyevbackend

“Evlər Sədərək bazarında alver edənlərə kirayə verilib” – Etibar Əliyev

Millət vəkili Etibar Əliyev yenidən jurnalistlərin bunası haqda paylaşım edib.

KONKRET.az xəbər verir ki, o, uzun illər Akademiya sistemində işlədiyini bildirib:

“Gənc mütəxəssis kimi bizi ev növbəsinə alırdılar. Günləri sayırdıq. Növbəni heç kim poza bilməzdi.

Sonra Kooperativ mənzil hərəkatı başladı. Yeni Günəşli qəsəbəsində tikilən binaların əksəriyyəti kooperativ binalardır. Seçkilər vaxtı günümüzün böyük hissəsini bu massivdə keçirirdik.

Müşahidələrim göstərirdi ki, 30 il bundan öncə elmi işçilərə verilən evlərdə indi özləri yaşayırlar. Cənab Prezidentin göstərişi ilə jurnalistlərə tikilən 3 binanın 2-də mənzillər paylanıb. Bu evlər mənzilə ehtiyacı olan jurnalistlərə verilməli idi. Lakin fürsətçillər Ölkə başçısının bu nəcib missiyasını yetərincə dəyərləndirə bilmədilər. Evlərin böyük hissəsi ədalətsiz paylandı.

Bu səbəbdən əlavə mənzili olanlar onlara verilən evləri satdılar, kirayəyə verdilər. Axı bu evlər kimlərəsə satılmaq və kirayəyə vermək üçün hədiyyə edilməmişdi? Mənim qaldırdığım məsələnin kökündə ədalətsizliyə son qoymaq prinsipi dayanır. Bu adamların bircəciyi durub dedimi ki, filankəsin haqqı daha çox çatır? Demədi… Yaxud əlavə ev əldə etmişlərin bircəciyi dedimi ki, mən evimi şəhid ailəsinə verirəm? İndi mətbuatda postəlihəsnov dövrü başlayıb. Buraxılan səhvləri ört-basdır etmək üçün hay-küy salmağa başlayıblar.

Dostlarımızdan biri yazıb ki, evlərin böyük bir qismi Sədərək bazarında alver edən pakistanlı və çinlilərə kirayəyə verilib”.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*