“Fərid Dursunovun atası ilə danışdım…” – Qalatasarayın prezidenti şəhidimizdən BƏHS ETDİbackend

"Fərid Dursunovun atası ilə danışdım..." - Qalatasarayın prezidenti şəhidimizdən BƏHS ETDİ

“Qalatasaray” idman klubunun prezidenti Mustafa Cengiz Azərbaycanın işğal altında olan torpaqlarının azad olunması zamanı şəhid olmuş Fərid Dursunov barədə danışıb.

KONKRET.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, klub prezidenti şəhidimizin atası ilə danışdığını bildirib:

“Komandaya azarkeşlik etmək izaholunmaz bir hissdir. Yağışda, palçıqda matça gələn insanlar var. Fərid Dursunovun atası ilə danışdım. Bakıdan çox uzaq yerdə yaşayırlar. Allah heç kimə övlad acısı verməsin. Sıra ilə ölüm versin. Atəş düşdüyü yeri yandırar. Atası Fazil bəy ilə danışdım, çox sevindi. Eyni duyğuları mən də yaşadım. “Övladım yaşasaydı, çox xoşbəxt olardı” dedi. Bu, bir tutqudur. İnsan sadəcə maddi şeylərlə yaşaya bilməz. Bu şəhidimiz bizi çox duyğulandırdı. Milli duyğuları bir araya gətirdi. Nur içində yatsın. Allah qəni-qəni rəhmət eləsin”.

Xatırladaq ki, Fərid Dursunov şəhid olmazdan öncə  “Əgər şəhid olsam, məzarımda “Qalatasaray” bayrağı da olsun” ifadəsini işlədib. Digər şəhidimiz- Qalatasaray fanatı Murad Məmmədovun isə səs yazısı yayılıb.

O, həmin səs yazısında bu ifadələri işlədib:

“Bu, “Qalatasaray” sevgisidir, əzizim. Bitən deyil. Mənimlə qəbir evinə qədər gedəcək”.

Qeyd edək ki, “Qalatasaray” klubu Fərid Dursunov və Murad Məmmədovla bağlı paylaşım edib.

  • Zamina Elturan
    Noyabr 25, 2020 - 17:51

    Çox duyğulandım.Sevgi başqa,ölməz bir hissdir.Hər nəyə,hər kimə aid olursa,olsun.Nur içində yatsın ŞAHİD ŞƏHİDLƏRİMİZ.QARABAĞ DA BİZİMDİR,”QALATASARAY” DA.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*