Fərman İsmayılovun nəşi Librevilə yola salındı – FOTObackend

Fərman İsmayılovun nəşi Librevilə yola salındı - FOTO

Nigeriya sahillərində hücuma məruz qalan “Motsart” gəmisində həyatını itirən azərbaycanlı Fərman İsmayılovun nəşi xüsusi təyyarə reysi ilə Qabonun paytaxt Librevilə yola salınıb.

KONKRET.az xəbər verir ki, bu barədə Türkiyənin Qabondakı səfirliyi məlumat yayıb.

Səfirliyin “Tvitter” hesabında edilən paylaşımda: “Azərbaycanlı qardaşımızın cənazəsi Qabon prezidentinin tapşırığı ilə təşkil edilən xüsusi təyyarə reysilə Port Jantil-dən paytaxt Librevilə göndərilir. Səfir Nilufər Erdəm Qayğısız da təyyarədədir”, – deyə yazılıb.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*