FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatdıbackend

FHN-nin yanğın-xilasetmə qüvvələrinin növbəti qrupu Türkiyənin Muğla vilayətinə çatdı

Türkiyədə meşə yanğınlarının söndürülməsi və daha geniş miqyas almasına imkan verilməməsi məqsədilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğın-xilasetmə qüvvələrinin növbəti – üçüncü qrupu Türkiyənin Muğla vilayətinə çatıb.

KONKRET.az xəbər verir ki, yanğın-xilasetmə qrupuna 40 yanğınsöndürmə texnikası və 160 yanğınsöndürən daxildir.

Onlar bu gün yanğınsöndürmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd edək ki, hazırda FHN-nin 710 şəxsi heyəti, 93 texnika, bir ədəd helikopter və bir amfibiya təyyarəsi Türkiyədəki yanğınlarda fəaliyyət göstərir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*

*

*